Ümumi təhsil müəssisələrində “Müasir metodist” layihəsi çərçivəsində dərsdinləmələr davam edir

Tarix: 27.11.2024
Paylaş:

2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə əlaqədar “Müasir metodist” layihəsi çərçivəsində keçirilən fəaliyyətlər davam edir. Bununla əlaqədar layihəyə daxil olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün dərsdinləmələr təşkil edilib. Məqsəd müəllimlərə metodiki dəstəyin göstərilməsi üçün onların fəaliyyətlərinin dəyərləndirilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi olub.

Müşahidə olunan dərslərdən sonra tədrisin effektivliyini artırmaq üçün müəllimlərin hər birinə konstruktiv fərdi rəylər verilib. Dərsdinləmə prosesində müşahidə olunan nəticələr barədə müəllimlərə fərdi şəkildə rəylərin verilməsi mühümdür. Bunun müəllimlərin özlərini daha yaxşı refleksiya etmələrinə, onların fəaliyyətində yaranan boşluqların aradan qaldırılmasına, eləcə də metodist-müəllim arasındakı effektiv əməkdaşlığın təşkilinə müsbət təsiri vardır.

Dərsdinləmə prosesində müəllimlərin metodiki bacarıqlarına dair qarşıya çıxan problemlər və onların həll yolları metodiki görüşlərdə geniş müzakirə edilir.

Qeyd edək ki, müəllimlərin təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə təşkil edilən dərsdinləmələr 2024/2025-ci tədris ili üzrə yeni fəaliyyətə başlayan metodistlər tərəfindən keçirilib.

“Müasir metodist” layihəsi çərçivəsində müəllimlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə onların peşəkar inkişafının təmin edilməsi şagird nailiyyətinə də müsbət təsir göstərən amildir.