28 noyabr tarixində Elmi pedaqoji kadrların hazırlanması şöbəsinin Fəaliyyət planına və Elmi Şuranın müvafiq qərarına uyğun olaraq Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün ixtisas fənlərindən doktorluq imtahanlarının payız sessiyası keçirilib.
İmtahanlar Pedaqogikanın əsasları, 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Təhsilin təşkili və planlaşdırılmasının əsasları, 5802.01 – Təhsilin təşkili və planlaşdırılması, 6104.01 – Pedaqoji psixologiya ixtisaslar üzrə təşkil olunub.
Müvafiq komissiyada təşkil olunan doktorluq imtahanlarında doktorantlar məqbul qiymətlər alıb.