“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir

Tarix: 28.11.2024
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir.

Layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərlərində, eləcə də Ağcabədi və Zəngilan rayonlarında ümumilikdə 81 məktəbdə UMT komandaları sinif rəhbərləri, şagirdlər və valideynlərlə mütəmadi görüşlər təşkil edərək zorakılığın hər hansı bir formasına məruz qalmış, eləcə də sosial cəhətdən baxımsız olan şagirdlərlə bağlı situasiyaları vaxtında aşkarlayaraq operativ cavab tədbirləri hazırlayırlar. Mexanizmin yeni qurulduğu məktəblərdə şagirdlər üçün əlçatan və təhlükəsiz məkanda yerləşdirilmiş “Dinləmə qutuları” uşaqların zorakılığa məruz qaldıqları halda bununla əlaqədar UMT komandalarına məlumat verməyə imkan verir. Həmçinin layihə çərçivəsində hazırlanmış və məktəblilərə nümayiş etdirilmiş videoçarxda, eləcə də maarifəndirici posterdə dinləmə qutularından istifadə qaydalarına dair məlumat əksini tapıb.

Qeyd edək ki, “Dinləmə qutuları” vasitəsilə aşkarlanmış hallar üzrə layihə komandası ehtiyac əsaslı olaraq aidiyyatı qurumlar ilə də sıx əməkdaşlığı davam etdirir.