PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatı ölkələrin oxu prosesləri üzrə nəticələri əhatə edib.
Azərbaycanlı şagirdlərin oxu prosesləri üzrə nəticələrini təqdim edirik.
Şagirdlərimiz onlara açıq şəkildə bildirilən məlumatı əldə etmə və sadə nəticələr çıxarma bacarığı üzrə 446 bal, ideyaları və məlumatı şərh etmək, əlaqələndirmək və qiymətləndirmək bacarığı üzrə isə 431 bal toplayıb. Xatırladaq ki, Azərbaycanın PIRLS 2021 orta balı da 440 olub.
Nəticə üzrə ətraflı məlumat əldə etmək üçün keçidə daxil olaraq beynəlxalq hesabatla tanış ola bilərsiniz:
https://pirls2021.org/results/relative-achievement/processes
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu savadlılığının inkişafı üzrə beynəlxalq tədqiqat (Progress in International Reading Literacy Study) 4-cü sinif şagirdləri arasında keçirilməklə onların bədii oxu təcrübələrini və məlumatları əldə edərək istifadə etmək bacarığını ölçür.