Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun 7, 8, 9-cu təlim görüşləri 28-29 noyabr və 3 dekabr tarixlərində baş tutub.
Təlimin keçirilməsində əsas məqsəd iştirakçıları testlərin, sorğuların və sualların əsas statistik xüsusiyyətləri, qiymətləndirmənin təhlili modelləri, qiymətləndirmə və sorğunun təhlili arasındakı fərqlər və təhsil məlumatları ilə praktiki tapşırıqların yerinə yetirilməsi barədə biliklərlə tanış etmək olub.
Təlim layihənin baş eksperti Srdcan Verbiç tərəfindən aparılıb. Təlim boyunca iştirakçılar sözügedən mövzular haqqında praktiki tapşırıqlar icra edərək müxtəlif səriştələr qazanıblar.