Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib

Tarix: 03.12.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə universitetlərin müvafiq kafedralarının, Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının və müəllif heyətinin iştirakı ilə keçirilib.

Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov fənn kurikulumlarının prosesi haqqında məlumat verib, ədəbiyyat fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Vüsalə Nəbisoy ədəbiyyat fənni üzrə kurikulumunda edilən dəyişikliklər haqqında məlumat verib və təqdimatla çıxış edib. Sonra işçi qrupunun üzvləri Soltan Əliyev və Bilal Həsənli təkmilləşdirmə zamanı diqqətə alınan əsas məqamları iştirakçıların nəzərinə çatdırıblar.

Daha sonra görüş qarşılıqlı müzakirə formatında davam edib.

Görüşdə mütəxəssislər təkmilləşdirilmiş standartların dərslikdə və tədris zamanı öz əksini tapmasının vacibliyini qeyd ediblər. Onlar sənədə dair rəy və təkliflərini səsləndirib, görülən işlərin əhəmiyyətini xüsusilə vurğulayıblar.