Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan fizika fənn kurikulumunun müzakirəsi təşkil edilib

Tarix: 05.12.2024
Paylaş:

 

Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan fizika fənn kurikulumunun müzakirəsi təşkil edilib. Müzakirə universitetlərin müvafiq kafedraları, Dövlət İmtahan Mərkəzi və AMEA-nın Fizika İnstitutunun əməkdaşlarının və müəllif heyətinin iştirakı ilə keçirilib.

Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib və fizika fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Yalçın İslamzadə isə fizika fənn kurikulumunda edilən dəyişikliklər haqqında geniş məlumat verib.

Daha sonra müzakirədə iştirak edən qurumların nümayəndələri aparılan təkmilləşdirilmələrə dair rəy və təkliflərini səsləndiriblər. Xüsusilə fizika fənninin məzmununda edilən dəyişikliklərin dövrün tələblərinə uyğunluğu geniş müzakirə olunub. Təkmilləşdirmə zamanı məzmun standartlarının konkret və anlaşılan formada təqdim edilməsi, hər altstandart üçün izahın verilməsi və müvafiq sinifdaxili fəaliyyətin tövsiyə olunması təqdirəlayiq hesab edilib.

Tədbir qarşılıqlı müzakirə formatında davam edib.