Son illərdə məktəblilərimizin informatika fənni üzrə nəticələri xeyli yüksəlib. Süni intellekt, blokçeyn texnologiyaları, proqramlaşdırma və s. sahələri özündə əhatə edən informatika fənninin dərindən öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməkdədir.
Qeyd olunanları nəzərə alaraq 19 yanvar saat 14:00-da onlayn imtahan təşkil olunacaq. İmtahanda suallar azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək. İngilis və rus bölmələrində xüsusi istedadı ilə seçilən şagirdlər müəyyənləşdirilib. Müvafiq istiqamətlər üzrə təşkil edilən imtahanın ilk mərhələsi virtual formatda icra olunacaq. Qeyd edək ki, imtahanın keçirilməsində məqsəd hazırlıq prosesinin icra olunmasıdır.
Aşağıdakı keçidə daxil olmaqla imtahanda iştirak edə bilərsiniz:
https://codeany.org/az/news/6-8th-grade-competition-3
Həmçinin qeyd olunan keçiddə əlavə məlumatlar da verilib.
Bütün iştirakçılara uğurlar arzu edirik!