27-30 yanvar tarixlərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə aşağı yaş qrupu üzrə riyaziyyat fənnindən intensiv dərslər təşkil edilib.
Dərslərin keçirilməsində məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsidir.
Beynəlxalq olimpiada hazırlıq komandasının müəllimləri 4 gün ərzində hazırlıq komandasına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim edilən sualları izah ediblər.
Qeyd edək ki, düşərgə Təhsil Texnologiyalar Mərkəzində təşkil edilib.