Müsabiqə Beynəlxalq İnformatika Olimpiadasının (IOI) və İnformatika üzrə Respublika Fənn Olimpiadalarının qaydalarına əsasən keçirilir və iştirakçılara C++ və Python dillərindən istifadə etməklə həll etmək üçün tapşırıqlar təklif olunacaq. Tapşırıqlar iştirakçıların alqoritmik təfəkkürünü, problem həlletmə bacarıqlarını və proqramlaşdırma qabiliyyətini yoxlayır. Qeyd edək ki, müsabiqə ötən tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil olunacaq.
Sınaq üçün müvafiq keçidlər:
8-9-cu sinif şagirdləri üçün: https://codeany.org/az/competition/110 ,
10-11-ci sinif şagirdləri üçün: https://codeany.org/az/competition/111
Yarış 9 fevral tarixində saat 10:00-da keçiriləcək. Ətraflı məlumatı aşağıdakı keçid vasitəsi ilə əldə etmək mümkündür:
https://codeany.org/az/news/rfo2024-2025-semifinals-trial
Bütün iştirakçılara uğurlar arzu edirik!