15 fevral tarixində Respublika Fənn Olimpiadalarının informatika fənnindən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib.
Belə ki, imtahan aşağı yaş qrupu üzrə 8-9-cu sinif şagirdlərinin iştirakı ilə ADA, BANM, UNEC, ADNSU, UFAZ, BDU, BMU, SDU, AzTU, AzMİU, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Naxçıvan STEAM mərkəzində təşkil olunub.
Əməkdaşlıq üçün müvafiq ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkür edir, iştirakçılara isə uğurlar arzulayırıq.
Qeyd edək ki, 16 fevral tarixində RFO-nun informatika fənnindən 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsi baş tutacaq.
Aşağı və yuxarı yaş qrupu üzrə ümumilikdə 2100-dən çox şagird iki gün ərzində final mərhələsinə vəsiqə qazanmaq üçün bilik və bacarıqlarını nümayiş etdirəcəklər.