Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib

Tarix: 23.02.2025
Paylaş:

23 fevral tarixində baş tutan Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.

Ümumilikdə 14.347 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.