28 fevral tarixində Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin cari il üçün nəzərdə tutulan doktorant və dissertantlar üçün növbəti seminarı keçirilib.
Seminarda professor İntiqam Cəbrayılov “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. İ.Cəbrayılov tədqiqat anlayışının mahiyyəti, müasir dövrdə elmi-tədqiqatlara verilən tələblər, dissertasiyanın strukturu, məzmunu və tədqiqat metodları barədə doktorantlara geniş məlumat verib.
Seminarın sonunda doktorantları maraqlandıran suallar ətraflı cavablandırılıb.