Peşə təmayüllü siniflərdə keçirilən monitorinqlərin statistik göstəricilərini təqdim edirik

Tarix: 06.03.2025
Paylaş:

 

7 oktyabr–3 dekabr 2024-cü il tarixləri arasında müxtəlif regionlarda yerləşən 199 ümumi təhsil müəssisəsinin X-XI siniflərində təşkil olunan peşə təmayüllü siniflərdə monitorinqlər həyata keçirilib. Keçirilən monitorinq prosesində 199 qrup rəhbəri, 388 ixtisas müəllimi və ümumilikdə 3448 şagirddən 2577 şagird iştirak edib.

Monitorinq prosesi çərçivəsində PTS-dəki infrastruktur, maddi-texniki baza, PTS üzrə sənədləşmə prosesi, müəllimlərin və şagirdlərin fəaliyyətləri üzrə hazırlanmış indikatorlar vasitəsilə qiymətləndirilmə aparılıb, nəticələr təhlil edilərək əldə olunan göstəricilər əsasında hesabat hazırlanıb.