ARTİ-nin Təhsilverənlərin peşəkar inkişafı mərkəzi tərəfindən İmişli, Beyləqan, Sabirabad, Saatlı rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Komplekt siniflərdə təlimin təşkili” mövzusunda təlimlər həyata keçirilib.
3-6 mart tarixlərində onlayn formatda baş tutan təlimlərin məqsədi qeyd edilən rayonların ucqar kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə metodik dəstəyin verilməsi, onların peşəkarlıq səviyyələrinin artırılması olub. ARTİ-nin əməkdaşı Gülbəniz Abdullayeva tərəfindən aparılan təlimlərdə komplekt siniflərin üstünlükləri, təlim strategiyasının düzgün seçilməsi, diferensial təlim üsulları, azkomplektli sinifdə öyrədici (inkişafetdirici) mühitin yaradılması qaydaları, bu tip siniflərdə planlaşdırılmanın aparılması və s. kimi mövzular tədris edilib.
Qeyd edək ki, ARTİ tərəfindən müəllimlərə metodik dəstək məqsədli təlimlər mütəmadi olaraq təşkil edilməkdədir.