“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsinin II günü

Tarix: 13.03.2025
Paylaş:

Martın 13-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsinin ikinci günü davam edir.

Final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə 138 elmi-tədqiqat layihəsi iştirak hüququ qazanıb.

Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.