Təhsil İnstitutu MİQ imtahanlarına peşə ixtisasları üzrə test suallarını hazırlayan mütəxəssislər axtarır!

Tarix: 04.04.2025
Paylaş:

 

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi müəllimlərin işə qəbulu imtahanlarına peşə ixtisasları üzrə test suallarının hazırlanması üçün mütəxəssislər axtarır!

Namizədlərə dair tələblər:

  1. Müvafiq ixtisas üzrə minimum 3 il pedaqoji təcrübə;
  2. Peşə ixtisası üzrə bilik və bacarıqlar;
  3. Qiymətləndirmə vasitələrinin hazırlanması sahəsində təcrübə və testlərin tərtib edilməsi prinsipləri haqqında məlumatlılıq;
  4. Fikirləri yazılı olaraq ifadə etmək bacarığı.

Əməkdaşlıq etmək istəyən və qeyd olunan tələblərə uyğun gələn namizədlər müvafiq keçidə daxil olaraq sorğunu doldura bilərlər: https://forms.gle/GXYN9W8CAjuwXnJRA

Son müraciət tarixi: 15 aprel 2025-ci il