“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

Tarix: 07.04.2025
Paylaş:

7 aprel tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsinin müsahibə mərhələsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər iştirak ediblər.

Müsahibə prosesi onlayn formatda keçirilib və video qeydiyyat aparılıb.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində aparılan müsahibə mərhələsi mərhələli şəkildə aparılır.