12-13 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2025) ölkəmizi təmsil edəcək komandaya seçmə imtahanı təşkil olunub.
Seçmə imtahanına Avropa Qızlar İnformatika Olimpiadasının keçən tədris ilindəki və hal-hazırda şagird olan komanda üzvləri ilə yanaşı bu il RFO-da yuxarı yaş qrupu üzrə finala yüksəlmiş bütün qızlar, aşağı yaş qrupu üzrə isə 100-dən yuxarı bal toplayan finalçı qızlar dəvət ediliblər. 2 gün keçirilən seçmə imtahanının nəticəsi olaraq bu il ölkəmizi təmsil edəcək komanda üzvlərini təqdim edirik:
2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 90-a çatıb.