“İnsan orqanizmində gedən fizioloji proseslərə dair məsələ həlli” mövzusunda vebinar keçiriləcək

Tarix: 15.04.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 17 aprel tarixində saat 16:00-da “İnsan orqanizmində gedən fizioloji proseslərə dair məsələ həlli” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri, 28 nömrəli tam orta məktəbin biologiya müəllimi, təlimçi, mentor Elnurə Hacıyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.