Təhsil İnstitutunun bir neçə doktorantı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla dissertasiya işlərini müdafiə ediblər

Tarix: 15.04.2025
Paylaş:

11 aprel 2025-ci il tarixində Təhsil İnstitutunun 3 doktorantı iki müxtəlif ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən dissertasiya şuralarında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla dissertasiya işlərini müdafiə ediblər.

Dissertasiya işləri “5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası)” ixtisası üzrə “Azərbaycan dili təlimi prosesində kommunikativ mədəniyyətin formalaşdırılması” mövzusunda, “5802.01-təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə “Ali məktəblərdə tərbiyə işinin planlaşdırılması və təşkili üzrə işin sistemi” və “Özünüaudit ümumtəhsil məktəblərinin idarə olunmasının keyfiyyət göstəricisi kimi” mövzularında müdafiə olunub.

Hər üç doktorantı təbrik edir və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!