Təkmilləşdirilmiş fənn kurikulumlarının geniş ictimaiyyətə və müəllim heyətinə kommunikasiyası çərçivəsində Azərbaycan dili (tədris dili) proqramının oxu məzmun xətti üzrə standartları, onların izahı və tətbiqi yolları ilə bağlı müzakirə aparmaq və müəllimlərin, eləcə də təhsil icmasının suallarını cavablandırmaq məqsədilə 24 aprel tarixində 16:00-da “Təkmilləşdirilmiş Azərbaycan dili (tədris dili) fənn kurikulumu: oxu məzmun xətti üzrə standartlar, onların izahı və tətbiqi yolları” mövzusunda vebinar keçiriləcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.