Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

Tarix: 18.04.2025
Paylaş:

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinin keçirilməsinə başlanılıb. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri üçün təşkil olunub.

4 ay davam edəcək proqramda nəzəriyyə ilə yanaşı praktiki dərslər də təşkil olunacaq və yekunda XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası üçün seçmə imtahanı keçiriləcək. Seçilən şagirdlərdən ibarət komanda ölkəmizi 11-21 avqust tarixlərində Hindistanda keçiriləcək olimpiadada təmsil edəcək.

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı isə Təhsil İnstitutunun dəstəyilə baş tutur.