Təkmilləşdirilməkdə olan çağırışaqədərki hazırlıq fənn kurikulumunun müzakirəsi təşkil edilib

Tarix: 18.04.2025
Paylaş:

Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan çağırışaqədərki hazırlıq fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin fənn müəllimləri və müəllif heyətinin iştirakı ilə keçirilib.

Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş fənn kurikulumları və təkmilləşdirmə prosesi barədə məlumat verib və çağırışaqədərki hazırlıq fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvləri Ceyhun Məmmədyarov, İntiqam Əsgərov və Vasif Ramazanovu auditoriyaya təqdim edib. İşçi qrupu üzvlərinin hər biri kurikulumun hazırlanması haqqında ətraflı məlumat verib.

Daha sonra görüşdə iştirak edən ümumi təhsil müəssisələrinin müvafiq fənn müəllimləri kurikulum sənədinə dair rəy və təkliflərini səsləndiriblər. Görülən işlərin əhəmiyyəti xüsusilə vurğulanıb, edilən dəyişikliklər iştirakçılar tərəfindən müsbət qiymətləndirilib, yenilənməkdə olan məzmunun nəticəsinin təkmilləşdirmənin dərsliklərdə düzgün ehtiva olunmasından və bu fənni tədris edən müəllimlərin peşəkarlıq səviyyəsindən asılı olduğu xüsusilə qeyd olunub.