“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi “Sabahın Alimləri” XIV Respublika layihə müsabiqəsində qalib gəlmiş Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Şərif Şərifzadə və Nigar Səfərova ilə görüş keçirib.
Görüş zamanı şagirdlərin təqdim etdiyi “Smart Metro” layihəsi dinlənilib, layihənin ideyası və tətbiq imkanları müzakirə olunub. Qurumun sədri Vüsal Aslanov şagirdlərin təşəbbüsünü yüksək qiymətləndirərək bu cür təşəbbüslərin dəstəklənməsinin vacibliyini qeyd edib və şagirdlərin gələcəkdə layihənin icrası ilə bağlı Bakı Metropolitenin də müxtəlif sahələrdə işlər görə biləcəklərini, həmçinin burada təcrübə keçmək imkanlarının olduğunu vurğulayıb.
Sonda layihə müəlliflərinə hədiyyələr təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilib.