Təhsil sahəsində innovativ yanaşmaların təşviqi və pedaqoji kadrların inkişafına dəstək məqsədilə təşkil olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsi çərçivəsində “Müasir metodist” layihəsinin bir sıra metodistləri qalib olub.
Qrant müsabiqələr mükafatına layiq görülən metodistlərin adlarını və bu vaxta qədər əldə etdikləri uğurlarını təqdim edirik:
Şəhanə Xəlilova Cəbrayıl rayonu Böyük Mərcanlı tam orta məktəbinin metodistidir. O, VIII Qrant müsabiqəsinin “Mənfiləri yox et, uğur qazan” layihəsi üzrə qalibi olub.
Səfura Əliyeva Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin metodistidir. 2023-2024-cü tədris ilində VII Qrant müsabiqəsində “Düşünən beyinlər” adlı layihənin qalibi olub. Həmçinin, Səfura xanım eyni tədris ilində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Sevinc Nəcəfova Bakı şəhəri 287 nömrəli tam orta məktəbin metodistidir. 2024-2025-ci tədris ili üzrə VIII Qrant müsabiqəsində “Təhlükəsiz mühit, uğurlu gələcək” adlı layihənin qalibi olub. Layihənin məqsədi məktəblərdə bullinqə qarşı mübarizə aparmaq və təhlükəsiz tədris mühiti yaratmaqdır.
Günay Əbilova Salyan rayonu 7 nömrəli tam orta məktəbin metodistidir. 2024-2025-ci tədris ili üzrə “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsində “Parlaq addımlar” layihəsinin qalibi olub.
Ləman Baratzadə Mingəçevir şəhəri 12 saylı tam orta məktəbin metodistidir. 2024-2025-ci tədris ili üzrə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsində “Oynayaraq öyrənirik” adlı layihənin qalibi olub.
Gülnar Əliheydərova Şəki şəhəri 11 nömrəli tam orta məktəbin metodistidir. 2024-cü ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsində “Beynəlxalq təcrübədə müasir təhsil sistemi və müəllim modeli” adlı layihənin qalibi olub.
Qeyd edək ki, metodistlərimiz peşəkar inkişafla davamlı olaraq məşğul olur, müxtəlif layihələrdə, təlimlərdə iştirak edirlər.
Mükafata layiq görülən bütün metodistləri təbrik edir, onların gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!