RFO finalçıları üçün fizika fənni üzrə praktiki tur haqqında informativ vebinar keçiriləcək

Tarix: 23.04.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 24 aprel tarixində saat 19:00-da Respublika Fənn Olimpiadalarının finalçıları üçün fizika fənni üzrə praktiki tur haqqında informativ vebinar keçiriləcək.

Vebinarda spiker qismində fizika fənni üzrə münsiflər heyətinin üzvü Rəşadət Qədməliyev çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.