Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə üzrə final turu keçirilib

Tarix: 28.04.2025
Paylaş:

28 aprel 2025-ci il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika və kimya fənləri üzrə üzrə final turu keçirilib.

Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda fizika fənni üzrə 121 nəfər, kimya fənni üzrə 120 nəfər, ümumilikdə isə 241 nəfər şagird iştirak edib. Nəticələr https://portal.edu.az/ saytı vasitəsilə elan ediləcək.

Qeyd edək ki, 29 aprel 2025-ci il tarixində Respublika Fənn Olimpiadalarının fizika fənni üzrə praktiki turu təşkil olunacaq.