30 aprel tarixində Təhsil İnstitutunun təşəbbüsü və təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” ili çərçivəsində “STEAM sahəsində beynəlxalq təqaüdlər” mövzusunda vebinar keçirilib.
İnformativ xarakter daşıyan vebinarda STEAM İnnovasiya Mərkəzinin bölmə rəhbəri Təranə İbrahimli STEAM sahəsi haqqında ətraflı məlumat verib və qadınların və qızların bu sahəyə artan marağından danışıb.
Vebinarın ikinci hissəsində ARTİ-nin əməkdaşları Nərgiz Məmmədova və Ətir Quliyeva STEAM sahəsində ali təhsil üzrə mövcud beynəlxalq təqaüd imkanları barədə iştirakçıları məlumatlandırıb. Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (RASIT)” tərəfindən Azərbaycan sentyabr 2024 – sentyabr 2025-ci illər üçün “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan olunub.