“Təkmilləşdirilmiş Azərbaycan dili (tədris dili) fənn kurikulumunda yazı məzmun xətti üzrə standartlar, onların izahı və tətbiqi yolları” mövzusunda vebinar keçiriləcək

Tarix: 29.04.2025
Paylaş:

Təkmilləşdirilmiş fənn kurikulumlarının geniş ictimaiyyətə və müəllim heyətinə kommunikasiyası çərçivəsində Azərbaycan dili (tədris dili) proqramının yazı məzmun xətti üzrə standartları, onların izahı və tətbiqi yolları ilə bağlı müzakirə aparmaq və müəllimlərin, eləcə də təhsil icmasının suallarını cavablandırmaq məqsədilə 1 may tarixində saat 20:00-da “Təkmilləşdirilmiş Azərbaycan dili (tədris dili) fənn kurikulumunda yazı məzmun xətti üzrə standartlar, onların izahı və tətbiqi yolları” mövzusunda vebinar keçiriləcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.