“Türk dünyası” mövzusunda vebinar keçiriləcək

Tarix: 01.05.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 6 may tarixində saat 16:00-da “Türk dünyası” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri 333 saylı tam orta məktəbin coğrafiya müəllimi Vüsalə Quliyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.