BilBacar müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsinə start verildi!

Tarix: 02.05.2025
Paylaş:

 

2 maydan etibarən BilBacar müsabiqəsinin hazırlıq mərhələsinə başlanılıb. Qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla hazırlıq bölməsi üzrə sualları cavablandıra bilər.

Məlumat olaraq bildirək ki, hazırlıq mərhələsi iştirakçıların yarış mərhələsinə hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilər. Hazırlıq bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. Bu mərhələdə tapşırıqlar 1 ay müddətində açıq olacaq.

Qeyd edək ki, BilBacar müsabiqəsinin may ayı üzrə hazırlıq mərhələsi 150 dəqiqə davam edəcək.

BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və real həyatda tətbiq etməyə sövq etməkdir.