Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir.
1 may tarixindən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin müsahibə mərhələsinə başlanılıb.
Müsahibə prosesi əyani şəkildə həyata keçirilir və video qeydiyyatı aparılır.
Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində aparılan müsahibə mərhələsi mərhələli şəkildə keçirilir.