Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və biologiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.
Şagirdlər 3 may saat 21:00-dan etibarən portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.
Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) yaxınlaşmalıdırlar.
Koordinasiya növbəlilik prinsipləri əsasında təşkil ediləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Fənlər üzrə koordinasiya prosesi aşağıdakı vaxtlarda təşkil ediləcəkdir:
Biologiya – 4 may saat 09:00-13:00
Azərbaycan dili və ədəbiyyatı – 4 may saat 09:30-12:30
Coğrafiya – 5 may saat 09:30-12:30