57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2025) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən olunub

Tarix: 06.05.2025
Paylaş:

30 aprel 2025-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 57-ci Beynəlxalq Kimya Olimpiadasına (IChO2025) seçmə imtahanı təşkil olunub. Seçmə imtahanında IX, X və XI siniflər olmaqla, ümumilikdə 18 nəfər şagird iştirak edib və yekun nəticələrə əsasən onlardan 4 nəfər şagird 57-ci Beynəlxalq Kimya Olimpiadasında milli komandanın üzvü olaraq iştirak etmək hüququ qazanıb.

Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdləri Murad Xəlilzadə, Ümid Mustafazadə, Nəzrin Həsənova və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Rizvan Əsədov olmaqla ümumilikdə 4 nəfər şagird ölkəmizi təmsil edəcək.

Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.

Bütün şagirdlərə uğurlar arzu edirik!