8 may tarixində Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində növbəti müsahibə mərhələsi təşkil olunub. Bu mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər iştirak ediblər.
Müsahibə prosesi əyani şəkildə təşkil olunub və video qeydiyyat aparılıb.
“Müasir metodist” layihəsinin müsahibə mərhələsi ardıcıl və sistemli şəkildə həyata keçirilir və əsas məqsəd ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili istiqamətində fəaliyyət göstərəcək, müasir yanaşmalara malik, peşəkar və innovativ kadrların müəyyənləşdirilməsidir.
Hazırda layihə üzrə müsahibə mərhələsi davam edir. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərlə isə keçirilən müsahibə mərhələsi başa çatıb.
Qeyd edək ki, müsahibəyə hər hansı səbəbdən qatıla bilməyən müəllimlər üçün təkrar müsahibə təşkil ediləcək.