Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 12 may tarixində saat 16:00-da “Python proqramlaşdırma dili. Funksiya” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Sumqayıt şəhər, 6 nömrəli tam orta məktəbin informatika müəllimi Anar Talıblı çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.