ARTİ-nin Tədris resursları şöbəsinin təşkilatçılığı, “Azərbaycan dili-6 (tədris dili)” dərsliyinin ekspert komissiyası, dərslik müəlliflərinin, pilot sinif müəllimlərinin və Tədris Resursları Mərkəzinin rəhbərinin iştirakı ilə görüş keçirilib. Görüşdə ekspertiza komissiyasının üzvləri çıxış edərək dərsliyin quruluş və məzmununa dair qeydlərini, rəy və təkliflərini səsləndiriblər. Pilot siniflərin müəllimləri öz çıxışlarında tədris prosesində müəllim və şagirdlərin qarşılaşdığı çətinliklər, dərsliyin məzmununa dair müəyyən qeyd və təkliflərini irəli sürüblər. Azərbaycan dili dərsliyinin müəllif qrupu qeydlərə münasibətini bildirib.