“Tədrisdə süni intellekt alətlərindən istifadə” mövzusunda vebinar keçirilib

Tarix: 16.05.2025
Paylaş:

 

ARTİ-nin Metodik Dəstək Mərkəzi tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində müxtəlif regionların ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistələrə peşəkar dəstək məqsədilə vebinar təşkil edib.

12 may tarixində baş tutan vebinarın əsas məqsədi metodistlərə tədris prosesində süni intellekt alətlərindən düzgün istifadənin əhəmiyyətini və təhsildəki tətbiq sahələrini izah etməkdən ibarət olub.

İlk olaraq təhsildə dərsin proqramlaşdırılması və avtomatlaşdırılması, qiymətləndirmənin optimallaşdırılması, şagirdlər üçün fərdi öyrənmə yollarının tapılması kimi sahələrdə süni intellekt alətlərinin tətbiqi yolları və s. məsələlər müzakirə olunub.

Vebinarın davamında metodistlərə süni intellek alətləri və onlardan istifadə yolları nümunələrlə şərh olunub. Süni intellektin təhsildə tətbiqinin gələcək perspektivləri və şagirdlərin təlim nəticələrinə təsiri barəsində fikir mübadiləsi aparılıb və metodist müəllimlərin dərs təcrübələri dinlənilib.

Qeyd edək ki, “Müasir metodist” layihəsi çərçivəsində keçirilən vebinarlar metodistlərin peşəkar inkişafını dəstəkləməklə yanaşı, ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına yönələn mühüm təşəbbüslərdəndir. Layihə çərçivəsində metodistlər üçün aktual mövzular əsasında yeni vebinarların təşkili davam etdiriləcək.