“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi davam edir

Tarix: 21.05.2025
Paylaş:

15 may tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və müxtəlif regional təhsil idarələrinə tabe olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və daha əvvəl üzrlü səbəblərdən müsahibədə iştirak edə bilməyən müəllimlər “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsində iştirak ediblər.

Müsahibə MÜTDA-ya tabe məktəblər üçün əyani, regional təhsil idarələrinə tabe olan məktəblər üçün isə onlayn formatda həyata keçilib.

Qeyd edək ki, yaxın günlərdə müsahibə mərhələsi yekunlaşacaq və nəticələr seçilən müdavimlərə elan ediləcək.