“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı çərçivəsində “Müəllimlərin peşəkar inkişafı” adlı təlim iştirakçılarının yekun qiymətləndirilməsi həyata keçirilib

Tarix: 29.05.2025
Paylaş:

23 may tarixində Təhsil İnstitutunda 2024–2025-ci tədris illərində həyata keçirilən “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı çərçivəsində “Müəllimlərin peşəkar inkişafı” adlı 156 saatlıq təlim iştirakçılarının yekun qiymətləndirilməsi həyata keçirilib.

Artıq dörd ildir ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində ADA Universitetinin Qazax Mərkəzi bu proqramı uğurla icra edir. “Bir Müəllimin Manifesti” proqramı region məktəblərində çalışan pedaqoji heyətin peşəkar inkişafına xidmət edir.

Cari tədris ilində proqram üzrə ölkənin 16 şəhər və rayonunu təmsil edən məktəb direktorları və müəllimlər məzun olublar. Tədris prosesi Qazax Müəllimlər Seminariyasında / ADA Qazax Mərkəzində, ADA Universitetində, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn şəkildə həyata keçirilib.

İştirakçılar proqramın ABŞ səfərində real məktəb problemləri üzərində çalışaraq dizayn düşüncə yanaşmasından istifadə edərək bu problemlərə innovativ həlli yolları təqdim ediblər. Sonda isə hazırladıqları layihələri Corc Vaşinqton və ADA Universitetinin professorları və rəhbər heyəti qarşısında təqdim ediblər.