ARTİ-də İnformatika fənn kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvləri, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbərliyi və “Alqoritmika” şirkətinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib

Tarix: 29.05.2025
Paylaş:

Təhsil İnstitutunda informatika fənn kurikulumunun təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvləri, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbərliyi və “Alqoritmika” şirkətinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi yenilənmiş informatika fənn kurikulumu və “Rəqəmsal bacarıqlar” layihəsində tətbiq olunan məzmunun uyğunluğunu müzakirə etmək olub.

 Görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov informatika fənn kurikulumunun təkmilləşdirməsi prosesində diqqətə alınan əsas məqsədləri qonaqların nəzərinə çatdırıb. Daha sonra “Alqoritmika” beynəlxalq şirkətinin Azərbaycan layihələri üzrə direktoru Qəmər Məmmədova “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi barəsində geniş məlumat verib və görüş müzakirələr əsasında davam edib. Yenilənmiş informatika fənn kurikulumu və “Rəqəmsal bacarıqlar” layihəsində tətbiq olunan məzmunun əsas etibarı ilə üst-üstə düşdüyü aşkarlanıb və fərqli məqamların uyğunlaşdırılması üçün təkliflər irəli sürülüb.