Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.
Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.
Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.
2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara ərizə qəbulu iyun ayının 5-də başlayacaq və 20 iyuna kimi davam edəcək.
Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.
Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.
Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, Texniki humanitar lisey;
Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Sumqayıt şəhər, ‘İstedad’ liseyi;
Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.