Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 2 iyun tarixində saat 11:00-da “Məktəbəqədər təhsildə didaktik prinsiplər və təlimin təşkilinə verilən tələblər” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri “Cahan” körpələr evi-uşaq bağçasının metodisti Səbinə Rəhimova və Bakı şəhəri 161 nömrəli uşaq bağçasının müdiri Nərgiz Zeynalova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.