Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib

Tarix: 02.06.2025
Paylaş:

 

15 aprel – 15 may 2025-ci il tarixlərində Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin peşə bacarıqlarının inkişafı və onların dərs prosesində daha fəal iştirakı məqsədilə interaktiv dərslər keçirilib. Bu müddət ərzində 249 məktəbi və 6225 şagirdi əhatə edən interaktiv dərslər zamanı şagirdlərdə peşə yönümlü düşüncə tərzinin formalaşması, real həyat bacarıqlarının artırılması və əmək bazarına uyğun hazırlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. İnteraktiv dərslərdə sual-cavab sessiyaları və simulyasiya tapşırıqlarına, kiçik qrup müzakirələrinə və praktik təqdimatlara geniş yer verilib.