Təhsil İnstitutunda doktorantlar üçün növbəti seminar keçirilib

Tarix: 02.06.2025
Paylaş:

Mayın 30-da Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi elmi tədqiqatların keyfiyyətini artırmaq məqsədilə ARTİ-də təhsil alan doktorant və dissertantlar üçün “Statistik təhlil” adlı seminar keçirib. Seminarın məruzəçisi Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı olub.

Seminarın məqsədi doktorantların elmi tədqiqatlarında statistik metodlardan düzgün istifadə etmə bacarıqlarını artırmaq, məlumatların emalı və təhlili üzrə praktiki biliklərini inkişaf etdirmək olub. Tədbirdə statistik analiz üsulları, SPSS, R və digər proqram təminatlarında işləmə qaydaları, məlumatların vizuallaşdırılması, hipotez yoxlanışı, korrelyasiya və reqresiya kimi mövzulara toxunulub.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar öz suallarını səsləndirərək elmi yanaşmalarla bağlı ətraflı məlumat əldə ediblər.