Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 4 iyun tarixində saat 16:00-da “Elektrolitik dissosiasiya. Hidroliz. Elektroliz” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Bakı Dövlət Universitetinin kimya fakültəsinin dosenti Fətəli Hüseynov çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.