Təhsil İnstitutunun şöbə müdiri Hümeyir Əhmədov Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

Tarix: 03.06.2025
Paylaş:

ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov Qazaxıstanda nüfuzlu elmi titula layiq görülüb.

Hümeyir Əhmədov 23 may 2025-ci ildə Almatı şəhərində keçirilən Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının 30-cu yaz sessiyasında xarici üzvü seçilib və ona akademiyanın xarici üzvü seçilməsi haqqında müvafiq diplom və üzvlük vəsiqəsi təqdim olunub. Qeyd edək o, bu akademiyaya seçilən ilk azərbaycanlı alimdir.

Hümeyir Əhmədov eyni zamanda Rusiya Təhsil Akademiyasının xarici üzvü və əməkdar elm və təhsil xadimi, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Təhsilin İnformasiyalaşdırılması Akademiyasının, Təbiət Elmləri Akademiyasının, Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Hüquq Elmləri Akademiyasının akademikidir.

Hümeyir müəllimə elmi fəaliyyətində uğurlar arzu edirik!