“Fiziki tərbiyə (sensor, böyük və kiçik motor bacarıqları)” mövzusunda vebinar keçiriləcək

Tarix: 04.06.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 10 iyun tarixində saat 11:00-da “Fiziki tərbiyə (sensor, böyük və kiçik motor bacarıqları)” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri “Göyərçin” körpələr evi-uşaq bağçasının müdiri Aygün Qəhrəmanova və tərbiyəçi-müəllim Nuranə Rəhimli çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.