Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 11 iyun tarixində saat 11:00-da “İnklüziv təhsil (əsas anlayışlar)” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Laləzar Məmmədova və Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, inklüziv təhsil üzrə təlimçi-mentor Lamiə Hacımuradova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.